Millimiz Ukrayna ilə qarşılaşacaq

18:59 - 1 Mart 2018

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının martın 3-dən 9-dək Bakıda təlim-məşq toplanışı olacaq.

 

Sportal.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2  yoldaşlıq oyunu keçirəcək.

 

Komandalar martın 6-da saat 16:00-da Dalğa Arenada, martın 8-də isə saat 11:00-da  Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında qarşılaşacaq.

Xəbər xətti