Fellaini üçün "Roma" iddiası

11:53 - 2 Mart 2018

Mövsümün sonunda "Mançester Yunayted"lə müqaviləsi başa çatacaq Maruan Fellaini ilə bağlı növbəti iddia ortaya atılıb.

 

Sportal.az xəbər verir ki, adı son Türkiyə çempionu "Beşiktaş"la hallanan belçikalı futbolçu karyerasını İtaliyada davam etdirmək qərarı verib. Fellaini "Roma" variantına üstünlük verib. Bu barədə "Corriere dello Sport" nəşri məlumat tirajlayıb. 30 yaşlı futbolçu millidəki komanda yoldaşı Raca Nainqqolanla eyni klubda oynamaq istədiyi üçün bu addımı atıb. Bu keçiddə "transfer sehrbazı" ləqəbi ilə tanınan "Roma"nın idman direktoru Ramon Monçinin də rolu böyükdür.

 

2013-cü ildən "Mançester Yunayted"də çıxış edən yarımmüdafiəçi bu mövsüm 16 oyuna 4 qol vurub və 1 assist edib.

Xəbər xətti