2 ildən sonra "Barselona"nın qapısına penalti təyin olundu

14:05 - 2 Mart 2018

İspaniya çempionatının 26-cı turunda "Las Palmas"la oyun (1:1) "Barselona"nın uzunmüddətli seriyasının qırılması ilə yadda qalıb.

 

Sportal.az xəbər verir ki, 78 matçdan sonra La Liqada Kataloniya klubunun qapısına penalti təyin edilib. Matçın 48-ci dəqiqəsində təyin edilən zərbədən sonra Kalyeri "Barsa"nı məyus edib.

 

Katalonlar sonuncu dəfə 2016-cı ilin fevralında penalti ilə cəzalandırılmışdı.

 

Qeyd edək ki, La liqa tarixində "Real"ın 2 belə uzun müddətli seriyası olub - 1953-1956 və 1969-1972.

Xəbər xətti