Haynkesdən Levandovski açıqlaması

18:58 - 2 Mart 2018

"Bavariya"nın baş məşqçisi Yupp Haynkes adı "Real"la hallanan Robert Levandokskiyə tövsiyələr verib.

 

Sportal.az xəbər verir ki, alman mütəxəssis məsələ ilə bağlı açıqlama verib. O, polşalı forvardın diqqətini "Bavariya"ya yönəltməli olduğunu deyib:

 

"Bunların şayiə, yoxsa həqiqət olduğunu bilmirəm. Əgər "Bavariya"nın futbolçususuzsa, bu, daim zirvədəsiz deməkdi. Bura çox özəl bir klubdu. Levandovskiyə tövsiyəm budu ki, "Bavariya"ya köklənsin. Çempionlar Liqasında hücum xəttinə daha çox ehtiyacımız var".

 

Haynkes məşq zamanı Levandovski ilə Mats Hummels arasında baş verən mübahisə barədə də fikirlərini bildirib:

 

"Belə mübahisələr hər zaman yaxşıdı. Önəmli olan sonda bir nəticəyə varmaq və problemi həll etməkdi. Əgər bu varsa, mübahisələr problem deyil".

Xəbər xətti