Amit Quluzadə oynadı, komandası zirvədə məskunlaşdı

00:37 - 3 Mart 2018

Kosovo çempionatında 21-ci turun oyunları keçirilir. 

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi "Dirta" səfərdə “Trepça 89”la qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Amit matçın 46-cı dəqiqəsində meydana çıxıb.

 

Qeyd edək ki, "Drita” xalını 37-ə çatdıraraq liderliyə yüksəlib.

Xəbər xətti