"Şaxtyor" "Mançester Siti"nin futbolçusunu icarəyə götürdü

01:17 - 3 Mart 2018

“Mançester Siti” futbolçusu Olarenvacu Kayodeni icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı forvard karyerasını Ukraynada davam etdirəcək. Nigeriya millisinin üzvü “Şaxtyor”a icarəyə verilib. Hücumçu mövsümün sonuna qədər Donetsk təmsilçisində çıxış edəcək.

 

Qeyd edək ki, Kayode daha öncə İspaniyanın “Jirona” klubunda icarədə olub. O, Liqada 12 oyun keçirib və qol vura bilməyib. Forvard "şəhərlilər"in əsas komandasında oyun keçirməyib.

Xəbər xətti