Mourinyo açıqladı: İbrahimoviç "Mançester Yunayted"dən ayrılır

01:22 - 3 Mart 2018

“Mançester Yunayted” isveçli hücumçusu Zlatan İbrahimoviçlə yolları ayrıracaq.

 

Sportal.az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo açıqlama verib. Portuqaliyalı mütəxəssis dizində zədəsi olan 36 yaşlı forvardın mövsümün sonunda komandadan ayrılacağını bəyan edib.

 

Xatırladaq ki, ötən mövsüm vurduğu 28 qolla MY-nin uğur qazanmasında əsas pay sahiblərindən biri olan İbrahimoviç zədə səbəbindən bu mövsüm cəmi 5 çempionat oyununda 102 dəqiqə meydanda olub.

Xəbər xətti