Millimizin üzvü oynadı, komandası məğlub oldu

12:12 - 3 Mart 2018

Hollandiya I Divizionunda 27-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” doğma meydanda “Neymegen”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

 

Kökçü start heyətdə oyuna başlayıb və matçın 62-ci dəqiqəsində əvəzlənib.

 

“Valveyk” hazırda 24 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.

Xəbər xətti