Filipe Luis: "Qarabağ"a qalib gəlməyin yolunu tapa bilmədik"

13:07 - 3 Mart 2018

İspaniyanın “Atletiko” klubunun futbolçusu Filipe Luis “Marca” qəzetinə verdiyi müsahibəsində Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri oyunları xatırlayıb.
 

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi "Qarabağ"a qalib gəlməyin yolunu tapa bilmədiklərini deyib:


 
“Biz Çempionlar Liqasında "Qarabağ"la 2 oyununun nəticəsinə əsasən qrupdan çıxmağı bacarmadıq. Onlarla hər iki görüşdə qalib gəlməyin yolunu tapa bilmədik. Ancaq "Roma" və "Çelsi"yə qarşı əla oynadıq”.
 
Qeyd edək ki, "Atletiko" "Qarabağ"la hər iki matçda (0:0, 1:1) heç-heçə edib. Madrid təmsilçisi mübarizəsini Avropa Liqasında davam etdirir.

Xəbər xətti