Cenk Tosun "Everton"da ilk qolunu vurdu, komandası məğlub oldu VİDEO

18:46 - 3 Mart 2018

İngiltərə Premyer Liqasında 29-cu tura start verilib.

 

Sportal.az xəbər verir ki, "Everton" səfərdə "Börnli"nin qonağı olub. Oyunda meydan sahibləri 2:1 hesabıyla qalib gəlib. Qonaqların yeganə qolunu isə qış transfer pəncərəsində "Beşiktaş"dan "Everton"a 22+6 milyon avro qarşılığında keçən Cenk Tosun vurub. Bu, Türkiyə millisinin hücumçusunun Liverpul təmsilçisində ilk qolu olub.

 

Premyer Liqanın turnir cədvəlinə 75 xalla "Mançester Siti" başçılıq edir. "Mançester Yunayted" 59 xalla 2-ci, "Liverpul" 57 xalla 3-cü, "Tottenhem" 55 xalla 4-cü, "Çelsi" 53 xalla 5-ci, "Arsenal" isə 45 xalla 6-cıdır. "Börnli" 40 xalla 7-ci, "Everton" 34 xalla 9-cu yerdə qərarlaşıb.

 

"Börnli" 2 - 1 "Everton"
Qollar:
Eşli Barns, 56, Kris Vud, 80 - Cenk Tosun, 20

 

 

Xəbər xətti