Eratsız "Duysburq" 5 qola üzüldü

12:34 - 4 Mart 2018

Almaniya 2-ci Bundesliqasında 25-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” doğma meydanda “Holştayn”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:5.

 

Eratın adı ümumiyyətlə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

 

“Duysburq” geridə qalan turlarda topladığı 37 xalla 18 klub arasında 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti