İtaliya millisinin üzvü vəfat etdi

15:50 - 4 Mart 2018

İtaliyanın "Fiorentina" klubunun kapitanı Davide Astori dünyasını dəyişib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu komandanın "Udineze" ilə oynayacağı oyundan öncə oteldə ölü tapılıb. Təcrübəli mərkəz müdafiəçisi yuxudan oyanmayıb. O, ürək çatışmazlığından gözlərini əbədi yumub.

 

Florensiya təmsilçisi kapitanı dünyasını dəyişdiyi üçün İtaliya Futbol Federasiyasına müraciət edib və "Udineze" ilə bu gün keçirilməsi nəzərdə tutulan matçın təxirə salınmasını istəyib. 

 

Qeyd edək ki, İtaliya millisinin üzvü 2016-cı ildən "Fiorentina"da çıxış edirdi. Astori yığmada 14 oyuna 1 qol vurmuşdu.

Xəbər xətti