Tərlan Əhmədov: "Layiqli qələbə qazandıq"

18:12 - 4 Mart 2018

“Komanda əzmkarlıq göstərdi. Düşünürəm ki, layiqli qələbə qazandıq”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib. “Ağ-qaralar” Topaz Premyer Liqasının XVIII turunda “Qəbələ”nin qonağı olub. Qarşılaşma “Neftçi”nin qələbəsi ilə başa çatıb. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib:

 

- İlk gündən demişdim ki, işimizi pillə-pillə görəcəyik. Bizə dəstək verən azarkeşlərimizə təşəkkür edirəm. Qələbənin öz gözəlliyi var. Çalışdıq ki, az səhvlər edək. Komandamın oyunundan razı qaldım. Bundan sonra daha yaxşı oyanacağıq.

 

- Yeni rəhbərlikdən sonra “Neftçi”də nə dəyişib?

- Mən bu barədə düşünmürəm. Sırf komandanın oyununa köklənmişəm. Ümumiyyətlə, belə işlərə vaxtımı ayırmıram. Əsas işim komandanı oyunlara hazırlaşdırmaqdı.

 

- Qapıçılarla bağlı tez-tez dəyişiklik edirsiniz. Millinin əsas qapıçılarından olan Səlahət Ağayev ümidlərinizi doğrultmur?

- Yox, bundan söhbət gedə bilməz. Rəşad “Sumqayıt”la oyunda xəstələnmişdi, ona görə şans verməmişdik. Amma deməliyəm ki, Rəşad bu dəqiqə üstün vəziyyətdədi. Zamanı gələndə Səlahətin də şansı olacaq.

Xəbər xətti