İtaliya futbolu yasda: Turun matçları təxirə salındı

19:19 - 4 Mart 2018

İtaliya A seriyasının 27-ci turunda bu gün və sabaha nəzərdə tutulan bütün oyunları təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, İtaliya Futbol Federasiyası millinin müdafiəçisi və “Fiorentina”nın 31 yaşlı kapitanı Davide Astorinin bu gün vəfat etməsiylə bağlı bağlı belə qərar verib.

 

Astori bu gün səhər "Udineze" ilə səfər oyunu öncəsi oteldə otağında ölü vəziyyətdə tapılıb. O, yuxudan ayılmayıb.

Xəbər xətti