Eddi İsrafilov yenə kənarda qaldı

12:12 - 5 Mart 2018

İspaniya Sequndasında 29-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası “Alkorkon” doğma meydanda “Kordoba” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Zədəli olan Eddi bu görüşün iştirakçısı olmayıb.

 

“Alkorkon" geridə qalan turlarda 34 xal toplayıb və hazırda 22 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Xəbər xətti