Budaq Nəsirova şans verilmədi

13:13 - 5 Mart 2018

Portuqaliya ikinci liqasında 27-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası doğma meydanda “Aroka” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

 

Nəsirovun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

"Sportinq" hazırda 31 xalla 20 klub arasında 17-ci pillədə qərarlaşıb.

Xəbər xətti