Topaz Premyer Liqasının 18-ci turunu nə qədər azarkeş izlədi?

12:59 - 5 Mart 2018

Topaz Premyer Liqasının 18-ci turunu stadiondan izləmiş azarkeş sayı bəlli olub.

 

Sportal.az xəbər verir ki, turda ən çox azarkeş Gəncədə qeydə alınıb. Şəhər stadionunda keçirilmiş “Kəpəz” - “Səbail” matçını (2:1) 5332 tamaşaçı izləyib.

 

Ən az azarkeş isə Zirədə qeydə alınıb. İdman kompleksinin stadionunda keçirilmiş “Zirə” - “Keşlə” oyununda (1:2) cəmi 800 tamaşaçı olub.

 

Digər oyunlardan Qəbələ şəhər stadionunda keçirilmiş “Qəbələ” - “Neftçi” oyununda (1:2) 3000, Sumqayıtda baş tutmuş “Sumqayıt” - “Qarabağ” qarşılaşmasında (1:1) isə 1326 azarkeş qeydə alınıb.

 

Turun 4 oyununu ümumilikdə 11784 azarkeş izləyib ki, bu da, hər matça orta hesabla 2946 tamaşaçı deməkdi.

Xəbər xətti