Amil Yunanovdan yubiley qolu

13:51 - 5 Mart 2018

“Sumqayıt”ın tarixində ən məhsuldar futbolçu olan Amil Yunanov yubiley qoluna imza atıb.

 

Sportal.az xəbər verir ki, hücumçu komandasının heyətində 25-ci çempionat qolunu vurub.

 

Bu, XVIII turun “Qarabağ”la görüşünə (1:1) təsadüf edib. Matçda hesabı açan Amil “Sumqayıt”ın heyətində 65-ci matçda 25-ci dəfə fərqlənib. Futbolçu 2015/16 mövsümündə 12, 2016/17 mövsümündə 6, cari çempionatda isə 8 dəfə qol sevinci yaşayıb. Onun orta məhsuldarlığı 0,38-ə bərabərdir.

 

Qeyd edək ki, Yunanov Premyer Liqada ümumilikdə 26 qol vurub. O, ilk qolunu 2011/12 mövsümündə “Qəbələ”nin heyətində rəqib qapısından keçirib. (PFL)

Xəbər xətti