2018-ci ilin rekordu Gəncədə qeydə alındı

 

Topaz Premyer Liqasında mövsümün ikinci yarısının yeni rekordu qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Gəncədə keçirilən “Kəpəz” – “Səbail” matçını (2:1) 5332 tamaşaçı izləyib.

 

Bu göstərici 2018-ci il üçün ən yüksək rəqəmdi. Bunadək baş tutan üç turda ən yaxşı halda 2000 tamaşaçı qeydə alınmışdı. Buna XV turun “Neftçi” – “Kəpəz” və XVII turun “Keşlə” – “Sumqayıt” matçlarında təsadüf olunmuşdu. Hesabat turunda isə təkcə Gəncədəki matçı deyil, “Qəbələ” – “Neftçi” qarşılaşmasını da daha çox – 3000 seyirçi izləyib. Mövsümün rekordu isə XI turun “Kəpəz” – “Qarabağ” matçına məxsusdu – 13300 tamaşaçı.

 

Qeyd edək ki, 2018-ci ilin rekordu “Kəpəz”in iki uğursuz seriyanı qırması ilə üst-üstə düşüb. Gəncə təmsilçisi ardıcıl 7 məğlubiyyətdən sonra həm xal, həm qələbə həsrətinə son qoyub. Qərblilər sonuncu dəfə 126 gün öncə - oktyabrın 28-də baş tutan X tutun “İnter”lə səfər oyununda qalib gəlmişdi – 2:0.

 

Cari mövsümdə öz meydanında xal qazanmayan “Kəpəz” 7 matçlıq məğlubiyyət seriyasını qırıb. Gəncə təmsilçisi ötən il aprelin 29-da “İnter”i 1:0 hesabı ilə məğlub edəndən 308 gün sonra doğma azarkeşləri önündə xal qazanıb.

Tarix: 5 Mart [14:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio