"Real" Parisə 24 futbolçu ilə getdi

18:39 - 5 Mart 2018

Çempionlar Liqasının 1/8 final mərhələsində sabah PSJ ilə cavab oyununa çıxacaq "Real" artıq Parisə yollanıb.

 

Sportal.az xəbər verir ki, "kral klubu" səfərə 24 futbolçu aparıb. Bir müddətdi zədədən əziyyət çəkən və La Liqanın ötən turunda "Xetafe" ilə görüşü buraxan yarımmüdafiəçilər Luka Modriçlə Toni Kroos da Fransaya gedən heyətdə yer alıblar.

 

Qapıçılar: Keylor Navas, Kiko Kasilya, Luka Zidan

 

Müdafiəçilər: Dani Karvahal, Xesus Valyexo, Serxio Ramos, Rafael Varan, Naço Fernandes, Marselo, Teo Ernandes, Aşraf Hakimi

 

Yarımmüdafiəçilər: Toni Kroos, Luka Modriç, Kasemiro, Markos Lyorente, Marko Asensio, İsko, Mateo Kovaçiç, Daniel Sebalyos

 

Hücumçular: Kriştianu Ronaldo, Kərim Benzema, Qaret Beyl, Lukas Vaskes, Borxa Mayoral

 

Qeyd edək ki, PSJ - "Real" oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. İlk matçda İspaniya təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Xəbər xətti