"Qəbələ" Stankoviçin xidmətindən məhrum oldu

19:45 - 5 Mart 2018

Topaz Premyer Liqasının 18-ci turunda evdə “Neftçi”yə 1:2 hesabıyla uduzan “Qəbələ” əsas müdafiəçisi Vojislav Stankoviçi də itirib.

 

Sportal.az xəbər verir ki, oyunda sarı vərəqə alan Stankoviç cəzalı duruma düşdü. Serbiyalı müdafiəçi bu səbəbdən 19-cu turun “Kəpəz”ə qarşı keçiriləcək oyununu kənardan izləyəcək.

 

Qeyd edək ki, "Qəbələ"nin "Kəpəz"lə oyunu martın 9-da baş tutacaq. 

Xəbər xətti