"Keşlə" - "Neftçi" matçının yeri dəyişdirildi

12:50 - 6 Mart 2018

“Keşlə” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

 

Sportal.az xəbər verir ki, klub ev oyunlarını keçirdiyi “İnter Arena”da dövlət əhəmiyyətli tədbirin təşkilini əsas tutaraq Topaz Premyer Liqasının XIX turunun matçının yerinin dəyişdirilməsini istəyib. PFL “Keşlə” klubunun müraciətini və “Neftçi”nin razılıq məktubunu nəzərə alıb, aşağıdakı qərarları qəbul edib:

 

Topaz Premyer Liqasının XIX turunun “Keşlə” – “Neftçi” matçı 9 mart 2018-ci il tarixdə “Bakcell Arena”da keçirilsin.

 

XIX turda meydan sahibi “Neftçi” klubu, hər iki klubun iştirakı ilə dördüncü dövrənin matçında meydan sahibi kimi “Keşlə” klubu təsdiq edilsin.

Xəbər xətti