"Neftçi", "Qəbələ" və "Keşlə" cərimələndi

13:40 - 6 Mart 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda Premyer Liqanın və əvəzedici heyətlərin çempionatının son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib:

 

Topaz Premyer Liqasının 18-ci turunun “Qəbələ” - “Neftçi” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Oyunun 83-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Yusif Nəbiyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 18-ci turunun “Zirə” - “Keşlə” matçında “Keşlə”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

 

Oyunun 90-cuı dəqiqəsində “Keşlə”nin futbolçusu Emil Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.

 

Əvəzedici heyətlərin 18-ci turunun “Kəpəz” - “Səbail” matçında “Səbail”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

 

Oyunun 78-ci dəqiqəsində “Səbail”in məşqçisi Toğrul Əhmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.

Xəbər xətti