"Astori"nin nömrəsi əbədiləşdirildi

14:59 - 6 Mart 2018

“Fiorentina” bir neçə gün öncə gözlənilmədən vəfat etmiş kapitanı David Astori ilə bağlı bəzi qərarlar qəbul edib.

 

Sportal.az xəbər verir ki, Astori bir həftə sonra “Fiorentina” ilə yeni 3 illik müqavilə bağlamalı idi. Klub rəhbərliyi qərara alıb ki, bağlanmamış həmin müqavilədən futbolçuya çatacaq vəsait onun ailəsinə ödənilsin.

 

Pul onun həyat yoldaşı Françeska ilə qızı Vittoriyə ödəniləcək. Astorinin “Fiorentina”da illik məvacibi 1,3 milyon avro təşkil edirdi.

 

Digər bir qərara əsasən, “Fiorentina” Astorinin geyindiyi 13 nömrəli formanı əbədiləşdirib. İtaliyalı futbolçunun vaxtilə şərəfini qoruduğu “Kalyari” də oxşar qərar qəbul edib. O, bu klubda da məhz 13 nömrəli forma altında çıxış edib.

Xəbər xətti