İtaliya təxirə salınmış oyunların keçiriləcəyi vaxt müəyyənləşdi

15:40 - 6 Mart 2018

“Fiorentina”nın kapitanı David Astrorinin ölümü ilə bağlı təxirə salınan İtaliya A seriyasının 27-ci turunun 7 oyununun nə vaxt keçiriləcəyi bəlli olub.

 

Sportal.az xəbər verir ki, A seriyasından edilən açıqlamada turun qalan oyunlarının aprelin 3-4-də keçiriləcəyi qeyd edilib.

 

Lakin “Milan” - “İnter” oyunu fərqli tarixdə baş tuta bilər. Belə ki, “Milan” Avropa Liqasında finala çıxacağı təqdirdə, derbinin mayın 9-da keçirilmə ehtimalı var. Ancaq “rossonyerlər”in İtaliya kubokunun finalındakı rəqibi olan “Yuventus” da Çempionlar Liqasında finala adlasa, Milan derbisi mayın 20-də keçirilə bilər.

Xəbər xətti