Şehiç milli komandaya dəvət aldı

15:55 - 6 Mart 2018

"Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Hersoqovina millisinin heyətinə dəvət alıb.

 

Sportal.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, o, martın 20-də Bolqarıstanda keçiriləcək təlim-məşq toplanışına qoşulacaq.

 

Qeyd edək ki, Bosniya millisi martın 23-ü səfərdə Bolqarıstan, martın 27-si isə Fransada Seneqalla yoxlama oyunları keçirəcək.

Xəbər xətti