"Qəbələ"də ciddi itkilər

16:50 - 7 Mart 2018

Topaz Premyer Liqasının XIX turunda “Kəpəz”in qonağı olacaq “Qəbələ” səfərə ciddi itkilərlə yollanacaq.

 

Sportal.az xəbər verir ki, Stiven Monroz və Ruslan Qurbanov zədə səbəbindən bu matçı kənardan izləyəcək.

 

“Qəbələ”nin aparıcı müdafiəçisi Vojislav Stankoviçlə Yusif Nəbiyev isə cəzalı olduqları üçün komandasına kömək edə bilməyəcəklər. Cəzaları bitən Cavid Hüseynovla Qismət Alıyev isə Gəncədə meydana çıxa biləcəklər.

 

Qeyd edək ki, “Kəpəz” – “Qəbələ” oyunu  cümə günü saat 15:00-da başlanacaq. 

Xəbər xətti