Klubu açıqladı: Mahrez karyerasını bitirib?

19:20 - 7 Mart 2018

“Lester Siti”nin yarımmüdafiəçisi Riad Mahrezin sosial şəbəkədəki hesabında karyerasını bitirdiyini açıqlamışdı.

 

Sportal.az xəbər verir ki, o, “Facebook” hesabında həkimlərlə məsləhətləşdikdən sonra belə addım atdığını qeyd etmişdi. Lakin əlcəzairli futbolçunun digər sosial şəbəkələrdə bu barədə heç nə qeyd etməməsi, onun şəxsi hesabının oğurlandığı şübhələrini yaratmışdı.

 

Artıq “Lester Siti” klubu sözügedən məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bütün şübhələrə son qoyulub. Belə ki, 27 yaşlı futbolçunun “Facebook” hesabının hakerlər tərəfindən oğurlandığı qeyd edilib.

 

“Tülkülər” rəsmi “Tvitter” səhifəsində Mahrezin şəklini paylaşaraq, azarkeşlərin narahatlığına son qoyub.

Xəbər xətti