Çempionlar Liqası: "Yuventus" və "Mançester Siti" 1/4 finalda

01:38 - 8 Mart 2018

Çempiolar Liqasında 1/4 finalın daha 2 iştirakçısı məlum olub.

 

Sportal.az xəbər verirr ki, “Tottenhem” ilk oyunda səfərdə 2:2 hesablı heç-heçə etdiyi “Yuventus”u qəbul edib. Qarşılaşmada 2:1 hesabıyla qalib gələn qonaqlar adını 1/4 finala yazdırıb.

 

Mançesterdəki matç isə formal xarakter daşıyıb. İlk oyunda səfərdə "Bazel" darmadağın edən "Mançester Siti" cavab görüşündə məğlub olub - 1:2. Buna baxmayaraq, "şəhərlilər" 1/4 finala adlayıb.

 

Qeyd edək ki, ötən gün "Real" və "Liverpul" da 1/4 finala yüksəlmişdi.

 

7 mart

Çempionlar Liqası

1/8 finalın cavab oyunları

 

“Mançester Siti” (İngiltərə) – “Bazel” (İsveçrə) - 1:2

Qollar: Jesus, 8 - Elyunusi, 17, Lanq, 72

İlk oyun – 4:0

 

“Tottenhem” (İngiltərə) – “Yuventus” (İtaliya) - 1:2

Qollar: Son, 39 - İquayn, 63, Dibala, 65

İlk oyun - 2:2

Xəbər xətti