Alleqri: "Düzgün zamanı gözlədik və qələbə qazanmağı bacardıq"

11:35 - 8 Mart 2018

"Uembli" kimi bir stadionda önəmli qələbə qazandıq. Səbirli olduq, düzgün zamanı gözlədik və qələbə qazanmağı bacardıq. Hər iki oyuna baxdıqda növbəti mərhələyə yüksəlməyə layiq olduğumuzu düşünürəm".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/8 finalında "Tottenhem"ə 2:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib. Mütəxəssis ikinci hissədə meydana daxil olan Kvadvo Asamoa haqda danışıb: "İkinci hissədə dəyişikliklər etdim, çünki fərqli keyfiyyətlərə sahib oyunçulara ehtiyac var idi. Asamoa bəlkə də karyerasında layiq olduğu dəyəri görməyib, amma bu matçda möhtəşəm performans sərgilədi".

Xəbər xətti