Draksler Emerinin qərarına əsəbləşib: "Buna təəccübləndim"

14:52 - 8 Mart 2018

PSJ-nin futbolçusu Yulian Draksler açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Almaniya millisinin üzvü komandasının Çempionlar Liqasının 1/8 final mərhələsində "Real"a uduzaraq mübarizəni dayandırması barədə danışıb. 24 yaşlı yarımmüdafiəçi baş məşqçi Unai Emerinin qərarına əsəbləşib:

 

"Bu yay transferlərə 400 milyon avro xərclədik və hər kəs bizdən ÇL-də uğurlu çıxış gözləyirdi. Amma biz hələ 1/8 finalı keçməyi bacarmırıq. "Real"la oyunda 76-cı dəqiqədə meydana daxil oldum. Bunu anlamıram. Buna təəccübləndim və əsəbləşdim".

Xəbər xətti