Çexiya klubu sabiq "İnter"lini qovdu

Çexiyanın “Sparta” klubu baş məşqçisi Andrea Stramaççionini istefaya göndərib.

 

Sportal.az xəbər verir ki,  “Sparta” rəhbərliyi məşqçinin işindən narazı qaldığına görə onu istefaya göndərib. Çexiyanın ən köklü klublarından olan paytaxt təmsilçisi cari mövsümdə uğursuz çıxış edir.

 

Praqa klubu Stramaççioninin rəhbərliyi altında cari mövsümdə 19 turdan sonra topladığı 33 xalla 5-ci yerdə qərarlaşıb. Komanda lider “Viktoriya”dan 14 xal geri qalır.

 

Karyerası ərzində “İnter”, “Udineze”, “Panatinaikos”u da çalışdırmış 42 yaşlı mütəxəssis ötən ildən “Sparta”nın “sükanı arxasına” keçmişdi.

Tarix: 8 Mart [19:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio