PSJ-də böyük dəyişiklik: Emeri göndərilir və 8 futbolçu transferə çıxarılır

10:57 - 9 Mart 2018

Mövsümə Çempionlar Liqasını qazanmaq hədəfiylə başlayan, lakin turnirin 1/8 finalında "Real"a məğlub olaraq turnirlə vidalaşan PSJ heyətdə dəyişikliklər edəcək.

 

Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu baş məşqçi Unai Emeri ilə yolları ayıracaq. 8 futbolçu isə transfer çıxarılacaq. Dani Alveş satış siyahısında yer alıb. Ötən yay "Yuventus"dan "Çempionlar Liqasını qazanmaq istəyirəm" deyərək PSJ-yə üz tutan 34 yaşlı futbolçuya qapı göstəriləcək. Müdafiənin sağ cinahında çıxış edən Layvin Kurzava və Yuri Berçiçe də transferə çıxarılacaq. Xəbərdə PSJ-nin Edinson Kavani, Marko Verrati, Anxel di Mariya və Xavyer Pastore kimi futbolçuları da feyr-pley tələblərinə görə satmağa hazır olduğu qeyd edilib. Bundan əlavə, yeni müqavilə üçün yüksək maaş tələb edən Adrien Rabio ilə anlaşma əldə edilməsə, komandadan göndəriləcək.

Xəbər xətti