Prezident təsdiq etdi: "Qremio"nun futbolçusu "Barselona"ya keçir

12:12 - 9 Mart 2018

"Qremio"nun yarımmüdafiəçisi Artur Ramosun "Barselona"ya transferi bu həftə həllini tapacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı Braziliya klubunun prezidenti Romildo Bolzan verib. Onun sözlərinə görə, gənc futbolçunun keçidi bu həftə rəsmiləşəcək: "İndi yalnız transferin necə başa çatacağı məsələsi müzakirə olunur. Sənədlər hələ imzalanmayıb, amma hər şey son mərhələdədi. Sabah və ya birigün müqaviləin imzalanacağını düşünürəm. Bəzi hüquqi məsələlər qalıb, o da son mərhələdədi".

 

Qeyd edək ki, 21 yaşlı futbolçu "Qremio"nun yetirməsidir.

Xəbər xətti