"Barselona" Suaresin xidmətindən məhrum oldu

12:56 - 9 Mart 2018

"Barselona" itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Denis Suares sıradan çıxıb. Sol ayaq əzələsini dartan 24 yaşlı yarımmüdafiəçinin 15-20 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

 

Qeyd edək ki, Suares Kataloniya Superkubokunda "Espanyol"a qarşı matçda zədələnib. Həmin görüşdə "Barselona" 4:2 qalib gələrək titula sahib olub.

Xəbər xətti