"Bavariya" Almaniya millisinin üzvü ilə yeni müqavilə imzaladı

"Bavariya"da yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi müdafiəçi Coşua Kimmixlə sözləşmənin müddaini uzadıb. Bundesliqa klubunun rəsmi saytının yaydığı məlumata görə Almaniya millisinin üzvü ilə 2020-ci ildə bitməli olan müqavilənin müddəti 2023-cü ilədək uzadılıb.

 

Qeyd edək ki, 23 yaşlı futbolçu "Bavariya"ya 2015-ci ildə "Leyptsiq"dən transfer olunub. O, münhenlilərin heyətində meydana çıxdığı 109 qarşılaşmada 13 qol vurub.

Tarix: 9 Mart [14:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio