Polşalı futbolçu: "Bəziləri "Neftçi"yə yalnız pula görə gəlmişidlər"

15:49 - 9 Mart 2018

"Azərbaycana transfer dönəminin son günündə üz tutdum. Çünki başqa seçimim yox idi".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq qapıçısı Mihal Peskoviç deyib. Hazırda Polşanın "Krakoviya" klubunda çıxış edən 36 yaşlı qolkiper ölkəmizdəki karyerasını xatırlayıb:

 

"Oynadığım ölkələrlə bağlı yaxşı hadisələri xatırlamağa çalışıram. "Neftçi"də qapıçılarla işləyən çox yaxşı məşqçi var idi. Məni 5 gün yoxladılar. 45 dərəcə istidə ciddi sınaqdan keçməli idim. Bunu bacardım və düşünürəm ki, pis alınmadı. Onlar baxışa gələn futbolçuları diqqətlə yoxlayırdılar. Çünki bəziləri "Neftçi"yə yalnız pula görə gəlmişidlər. Emil Mpenzanın 1 milyonluq müqaviləsinə görə klub hələ də məhkəmədə idi. Əlbəttə, mən bu qədər qazanmadım. Çünki neftin qiyməti kəskin şəkildə aşağı düşdü. Onlar da dedilər ki, bundan sonra komandada qalmağım mümkünsüzdü".

 

Qeyd edək ki, Peskoviç 2015-ci ildə "Neftçi"nin şərəfini qoruyub və iki oyunda meydana çıxıb.

Xəbər xətti