Cenk Tosun qol vurdu, "Everton" qalib gəldi VİDEO

İngiltərə Premyer Liqasında 30-cu turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Everton" evdə "Brayton"a 2:0 hesabıyla qalib gəlib. Türkiyə millisinin hücumçusu Cenk Tosun Liverpul təmsilçisində ardıcıl 2-ci qolunu vurub.

 

Premyer Liqanın turnir cədvəlinə 78 xalla "Mançester Siti" başçılıq edir. "Mançester Yunayted" 65 xalla 2-ci, "Liverpul" 60 xalla 3-cü, "Tottenhem" 58 xalla 4-cü, "Çelsi" 56 xalla 5-ci, "Arsenal" isə 45 xalla 6-cıdır. "Everton" 37 xalla 9-cu, "Brayton" isə 34 xalla 11-ci yerin sahibidir.

 

“Everton” – “Brayton” - 2:0

Qollar: Bonq, 60 (avtoqol), Cenk Tosun, 76

 

 

Tarix: 11 Mart [01:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2018
24  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio