"Çelsi" London derbisində qalib gəldi VİDEO

01:06 - 11 Mart 2018

İngiltərə Premyer Liqasında 30-cu turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Çelsi" evdə "Kristal Pelas"ı qəbul edib. London derbisində meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.

 

Premyer Liqanın turnir cədvəlinə 78 xalla "Mançester Siti" başçılıq edir. "Mançester Yunayted" 65 xalla 2-ci, "Liverpul" 60 xalla 3-cü, "Tottenhem" 58 xalla 4-cü, "Çelsi" 56 xalla 5-ci, "Arsenal" isə 45 xalla 6-cıdır. "Kristal Pelas"ın aktivində 27 xal var və 17-ci pillədə qərarlaşıb.

 

“Çelsi” – “Kristal Pelas” - 2:1

Qollar: Villian, 25, Martin Kelli, 32 (avtoqol) - Patrik van Anholt, 90

 

 

Xəbər xətti