Dani Kintana: "Neftçi"nin işini çətinə salmağa çalışacağıq" MÜSAHİBƏ

"Qarabağ" Topaz Premyer Liqasının 19-cu turunda "Zirə"yə 2:0 hesabıyla qalib gəlib.

 

Sportal.az xəbər verir ki, oyunda ilk qolun müəllifi olan Dani Kintana jurnalistlərə müsahibə verib. İspaniyalı yarımmüdafiəçi öncə matç haqda danışıb:

 

- Erkən qol vurmaq xeyrimizə oldu. Az sonra ikinci dəfə də fərqləndik. Oyunun kontrolunu ələ aldıq. Düşünürəm ki, 3 xala layiq idik.

 

 - Oyunun gedişində bir neçə dəfə mövqeyini dəyişdin. Bu, əvvəlcədən verilən tapşırıq idi?

 - Baş məşqçi mənə meydanda sərbəstlik, azadlıq verib. Buna görə də sevinirəm. Bu, oyunda uğurlu alındı. Matçın gedişində belə hallar olur.

 

 - Növbəti oyununuz "Neftçi"yə qarşıdır. Rəqibiniz son zamanlar yaxşı formadadır. Azərbaycan derbisi haqda düşüncələriniz maraqlıdır...

 - Bilirik ki, yaxşı formadadırlar. Ardıcıl qələbə qazanırlar. Biz də "Qarabağ" olaraq meydana qələbə üçün çıxacağıq. "Neftçi"nin işini çətinə salmağa çalışacağıq.

 

- "Qəbələ" çempionluq yarışından erkən qopdu. Xal fərqi 10-a bəravərdir. "Qəbələ"nin belə mübarizədən kənar qalması sənin üçün gözlənilməz olmadı?

 - Əslinə qalsa, "Qəbələ"nin xallar itirməsi təəccüblü oldu. Ancaq heç kəsi hesabda silmirik. Riyazi cəhətdən şansları var. Mübarizə davam edir. Hər oyuna qələbə üçün çıxırıq. Addım-addım gedirik. Növbəti 9 turda da qalib gəlmək üçün çıxacağıq.

 

 - Səncə irəli xəttdə Ramil Şeydayev daha istedadlıdır, yoxsa Mahir Mədətov?

 - Gəlin, bu məsələləri müzakirə etməyək. Hamısı bizim üçün vacib futbolçulardı. Bu oyunda Ramil start heyətdə çıxış etdi. Qərarları baş məşqçi verir.

Tarix: 11 Mart [14:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2018
21  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio