Rövlan Muradov qol vurdu, "Slaviya" məğlub oldu

Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 21-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Rövlan Muradovla Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya”nın gənclərdən ibarət kollektivi səfərdə “Bohemians”la qarşılaşıb və 2:3 hesabıyla məğlub olub.

 

Nəbiyev bu oyunun iştirakçısı olmayıb. 90 dəqiqə şans qazanan Rövlan isə 1 qola imza atıb.

 

21 turdan sonra hesabında 29 xal olan “Slaviya” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Tarix: 12 Mart [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyun 2018
19  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio