"Seltik" derbidə "Reyncers"ə qalib gəldi VİDEO

Şotlandiya çempionatının 30-cu turu Qlazqo derbisi ilə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, "Reyncers" "Seltik"i doğma divarlar arasında qəbul edib. Gərgin və maraqlı idman mübarizəsində keçən oyunda azarkeşlər 5 qol izləyiblər. Qarşılaşmaya hücumlarla başlayan “Reyncers” futbolçuları 3-cü dəqiqədə Coş Vindassın qolu ilə hesabı açıblar. 11-ci dəqiqədə tarazlıq yaranıb. Tom Roqiç status-kvonu bərpa edib. Meydan sahibləri 26-cı dəqiqədə Daniel Kandeyaşın qoluyla yenidən önə keçiblər. 45-ci dəqiqədə qonaqlar yenidən hesabı bərabərləşdiriblər. Mussa Dembele qapını dəqiq nişan alıb. İkinci hissədə isə cəmi qol qeydə alınıb. "Seltik" 69-cu dəqiqədə qələbə qolunu vurub. Odsonn Eduard hədəfdən yayınmayıb və görüşdə son nöqtəni qoyub. Bununla da qonaqlar 3:2 hesablı qələbəyə seviniblər.

 

Bu qələbədən sonra “Seltik” 67 xalla liderliyini daha da möhkəmlədib. 2-ci yerdə qərarlaşan "Reyncers" əzəli rəqibindən 9 xal geri qalır.

 

 

Tarix: 12 Mart [00:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2018
12  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio