Arda Turan evləndi: nikah şahidi Ərdoğan oldu

12:55 - 12 Mart 2018

Türkiyə millisinin və "Başakşəhər" klubunu futbolçusu Arda Turan ailə həyatı qurub.

 

Sportal.az xəbər verir ki, futbolçu bu gün 2,5 il sevgili olduğu Aslıhan Doğanla ailə qurub. Mərasimdə yalnız ailə üzvləri iştirak edib.

 

Ardanın nikah şahidi isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olub. Nikaha prezidentin xanımı Əminə Ərdoğan da qatılıb.

Xəbər xətti