Belarus millisinin baş məşqçisi: "Azərbaycanla oyun bizim üçün təkan olacaq"

“Azərbaycan və Sloveniya ilə oyunlar bizim üçün vacibdir. Bu oyunlar Millətlər Liqasına hazırlıq prosesində bizim üçün təkan olacaq”.

 

Sportal.az xəbər verir ki, bu sözləri Belarus millisinin baş məşqçisi İqor Kriuşenko deyib. O, 23-də Bakıda millimizlə və martın 27-də Sloveniya ilə qarşılaşacaqları yoxlama oyunları haqda danışıb:

 

“Bu oyunlarda 4-3-2-1 taktiki sxemini təkmilləşdirməyə çalışacağıq. Ənənəvi heyətlə çıxış etməliyik. Ancaq bir neçə sistemi də nəzərdən keçirə bilərik. Bu baxımdan qarşıdakı oyunlar faydalı olacaq. Seçmə mərhələdə 4-3-2-1 taktiki sxemində oynayırdıq. Son iki yoxlama matçını da bu takriki düzülüşdə keçirmişik. 4-3-2-1 yığmanın əsas taktiki sxemi ola bilər”.

Tarix: 12 Mart [14:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2018
12  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio