Bakıda deputatların turnirində saxtakarlıq: "Rəqiblərimizin də heyətində belə futbolçular var idi"

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirində saxtakarlığa yol verilib. 

 

Sportal.az xəbər verir, komandamız turnirin qalibi olduğu final matçında 5 veteran futbolçunun xidmətindən yararlanıb. Musa Qurbanov, Hüseyn Məhəmmədov, Əli Abışov, Mehman Yunusov və Vasif Haqvardiyev həlledici görüşdə çıxış ediblər. Veteran oyunçular meydana arxalarında deputatların soyadı yazılmış formalarla çıxıblar. Məsələ ilə bağlı milli komandamızın sabiq qolkiperi Hüseyn Məhəmmədov saytımıza açıqlama verib:

 

"Final oyununa bizi dəvət etdilər. Biz də kömək etmək qərarına gəldik. Azərbaycan futboluna xidmət etmiş insanlar olmuşuq. Bizim bu turnirdə çıxış etməyimiz ölkəmiz adına yaxşı oldu. Millimiz turnirin qalibi adını qazandı. Rəqiblərimizin heyətində də veteran futbolçular var idi. Türkiyə yığmalarında belə oyunçular var idi. Ukrayna millisinin oyunçularından biri "Şaxtyor"un futbolçusu olub. Mən bunu saxtakarlıq adlandırmazdım. Yarış daha da maraqlı alındı. Mükafat barədə isə onu deyim ki, ölkəmizin qalib olması hər şeydən üstündür".

 

Qeyd edək ki, Azərbaycan komandası finalda Ukraynaya 2:1 hesabı ilə qalib gəlib

Tarix: 12 Mart [15:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2018
16  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio