Tanınmış simalar Vyana “Qarabağ”ına sahib çıxdılar FOTOLAR

Azərbaycanın tanınmış simaları futbol üzrə Avstriyanın Şərq Regional Liqasında çıxış edən "Karabakh"a (Vyana) dəstək olub. 

 

Sportal.az xəbər verir ki, şahmat üzrə üçqat Avropa çempionu, FİDE reytinqində dünyanın ikinci şahmatçısı Şəhriyar Məmmədyarov, yunan-Roma güləşi üzrə üçqat olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rövşən Bayramov, yunan-Roma güləşi üzrə ilk Avropa Oyunlarının qalibi, IV İslam Həmrəylik Oyunlarının çempionu Elvin Mürsəliyev, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov, karate üzrə dünya və Avropa çempionu Şahin Atamov, Azərbaycanın əməkdar artisti Səlim Abbasov, əməkdar artist, əfsanəvi "Bakılı oğlanlar" Şən Hazırcavablar Klubunun üzvü Bəhram Bağırzadə, ATV kanalının "Həftə sonu" ictimai-siyası proqramının müəllifi, aparıcı Vaqif Aydınoğlu, ATV kanalında idman xəbərlərinin aparıcısı Sənan Şəfizadə sosial şəbəkədəki rəsmi səhifələrində "Karabakh"ın oyunlarını izlədiklərini və onlara dəstək olduqlarını yazıblar.

 

Tanınmış simalar "Karabakh" Vyananın formalarını paylaşaraq kluba uğurlar arzu edib, tezliklə azərbaycanlılar tərəfindən yaradılan komandanı Avstriyanın yüksək dəstəsində mübarizə aparmasını arzulayıb.

 

Azərbaycanlı soydaşlarımız tərəfindən yaradılan "Karabakh" 2014-cü ildə ölkənin 6-cı liqasında çıxış etməyə başlayıb. Hazırda komanda Avstriya Stadt Ligada (Üçüncü Liqa) mübarizə aparır.

 

Tarix: 12 Mart [16:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2018
24  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio