Məşqçilərin yeni reytinq cədvəli açıqlandı

19:59 - 12 Mart 2018

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki,  siyahıda Azərbaycandan  üç məşqçi - Qurban Qurbanov ("Qarabağ"), Roman Qriqorçuk ("Qəbələ") və Ayxan Abaasovun ("Zirə") adı yer alıb.

 

Ən yaxşı nəticə Qurban Qurbanova məxsusdur. O, 1169 xalla 497-ci (-1) pillədə qərarlaşıb. Qriqorçuk 255 xalla 942 (-3), Abbasov isə 217 xalla 986-cıdır (+5). 

 

Qeyd edək ki, reytinq siyahısına "Real"ın çalışdırıcısı Zinəddin Zidan (18 min 356 xal) başçılıq edir.

Xəbər xətti