Leonid Slutskinin yeni iş yeri məlum oldu

Rusiya millisinin sabiq baş məşqçisi Leonid Slutskinin yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Hollandiyada çalışacaq. Erediviziyada çıxış edən “Vitess” klubu rusiyalı çalışdırıcı ilə 2 illik müqavilə imzalayıb. Slutski “Vitess”də mövsümün sonunda komandanı tərk edəcək Henk Freyzeri əvəzləyəcək.

 

Qeyd edək ki, “Vitess” 27 turdan sonra Erediviziyada 6-cı pillədə qərarlaşıb.

 

“Olimpiya”, “Uralan”, "Moskva", “Krılya Sovetov”, ÇSKA və Rusiya millisində çalışmış Slutskinin son iş yeri İngiltərənin “Hall Siti” klubu olub.

Tarix: 12 Mart [18:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2018
12  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio