Çempionlar Liqasında iki oyunun hakim təyinatları açıqlandı

18:54 - 12 Mart 2018

Çempionlar Liqasının 1/8 final mərhələsində martın 14-də keçiriləcək iki cavab oyununun hakim təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, “Beşiktaş” -  “Bavariya”  matçı ingiltərəli FİFA referisi Maykl Oliverə həvalə edilib. Bu cütün ilk görüşündə Münhen təmsilçisi 5:0 hesablı qələbə qazanıb

 

“Barselona” – “Çelsi” qarşılaşmasında isə ədalət sahibi Damir Skomina olacaq. Bu cütün ilk oyununda isə qalib bəlli olmayıb - 1:1.

 

Qeyd edək ki, “Beşiktaş” – “Bavariya” matçı Bakı vaxtı ilə 21:00-da, “Barselona” – “Çelsi” oyunu isə 23:45-də start götürəcək.

Xəbər xətti