Yunanıstan Super Liqası dayandırıldı

Yunanıstan çempionatı yarımçıq dayandırılıb.

 

Sportal.az xəbər verir ki, bunun səbəbi Superliqanın 25-ci turunda baş tutan PAOK - AEK qarşılaşmasında Saloniki klubunun prezidenti İvan Savvidinin tapanca ilə meydana çıxmasıdır.

 

Yerli mətbuatın yazdığına görə UEFA və FİFA Yunanıstan millisi və klublarına ciddi cəzalar kəsəcək.

 

Qeyd edək ki, AEK-lə oyunun 90-cı dəqiqəsində PAOK hesabı açsa da, matçın baş hakimi qolu qeydə almayıb. Bundan qəzəblənən Saloniki klubunun prezidenti İvan Savvidi meydana daxil olub. Üzərində tapança olan prezident hakimi ölümlə təhdid edib. Daha sonra isə azarkeşlər meydana axışıb. Buna görə də oyun yarımçıq dayandırılıb.

Tarix: 13 Mart [00:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 May 2018
24  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio